Suriyanın xarici işlər naziri Feysəl Mikdad bəyan edib ki, ABŞ və Qərb öz siyasi məqsədlərinə çatmaq üçün terrora sərmayə qoymağa davam edir.
Editor.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Mikdad bu barədə bu gün paytaxt Dəməşqə səfər edən iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə görüşdən sonra birgə mətbuat konfransında danışıb. “Suriya və İranın üzləşdiyi problemləri qiymətləndirdik. Qərbin iki ölkəyə qarşı təcavüzkar siyasətini davam etdirməsi diqqətimizi çəkdi. ABŞ və Qərb siyasi məqsədlərə çatmaq üçün köhnə və yeni vasitələrdən istifadə etməkdə, ilk növbədə terrorizmə sərmayə qoymaqda davam edir”,-deyə o bildirib.
//Gülnarə Abasova, Editor.az