Suriya İraqdan raket atəşinə tutuldubackend

Suriya İraqdan raket atəşinə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqdan Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına ən azı beş raket atılıb.

Baza və ya onun şəxsi heyətinə təsir edib-etmədiyi məlum deyil. İraqda İranın dəstəklədiyi qruplar aylardır ABŞ-ın Suriya və İraqdakı bazalarına hücum edir, lakin hücumlar fevral ayında dayandırılıb.

Editor.az “Shafaq News”un məlumatına istinadən xəbər verir ki, ABŞ təyyarələri hücumda istifadə edilən raket buraxılış qurğusuna qarşı hava hücumu ilə cavab verib. “Reuters”in məlumatına görə, raket buraxan yük maşını Amerika hərbi təyyarələri havada olarkən atılmamış raketlərin partlaması nəticəsində alovlanıb. “Biz araşdırma aparana qədər yük maşınının Amerika hərbi təyyarələri tərəfindən bombalandığını təsdiq edə bilmərik”, – agentliyin mənbəsi bildirib. İlkin məlumatlara görə, yük maşını hava hücumu nəticəsində məhv edilib. Atəşin baş verdiyi əraziyə İraq təhlükəsizlik qüvvələri göndərilib. Lakin şübhəlilər başqa avtomobillə qaçıblar.

Xaırladaq ki, aprelin 20-nə keçən gecə Bağdadın cənubundakı Kalsu hərbi bazasında güclü partlayış baş verib. Obyekt İraqın əl-Həşd əş-Şaabi (Xalq Səfərbərlik Qüvvələri) milis təşkilatı tərəfindən istifadə olunur. Onun bölmələri İraqda Amerika hərbçilərinə qarşı hücumda iştirak edib. Vaşinqton hücumda iştirakını rədd edib.

//Samir Qurbanov, Editor.az