“Suriya nizamlanması” üzrə Astana prosesi başlayıbbackend

“Suriya nizamlanması” üzrə Astana prosesi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın paytaxtında “Suriya nizamlanması” üzrə Astana formatında danışıqlar başlayıb.

Editor.az bildirir ki, bu, indiki formatda danışıqların 20-ci raundudur. Rusiya tərəfini eyni vaxtda Rusiya prezidentinin iki xüsusi nümayəndəsi – Aleksandr Lavrentyev və Rusiyanın xarici işlər nazirinin müavini olan Mixail Boqdanov təmsil edir.

Danışıqlar zamanı Astanada Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş də keçiriləcək və bu görüşdə əsas məqsəd münasibətlərin normallaşdırılması məsələsidir. Xatırladaq ki, mayın 10-da Moskvada Rusiya, Türkiyə, İran və Suriyanın xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüş keçirilib və bunun ardınca nazirlər Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlamağı əmr ediblər.

 //Samir Qurbanov,Editor.az