Suriya ordusu Türkiyə sərhədlərinə doğru yaxınlaşıbbackend

Suriya ordusu Türkiyə sərhədlərinə doğru yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı olan YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı bir vaxtda Bəşər Əsədin ordu birləşmələri Türkiyə sərhədinə doğru yaxınlaşmağa başlayıblar.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Əsəd rejiminə bağlı ordu qüvvələrinin Türkiyə sərhədindən 35 kilometr məsafədə yerləşən Ayn-İssa rayonuna və Menbiç şəhərinə daxil olduğunu açıqlayıb.

Qeyd olunur ki, kürd silahlılara qarşı hərbi əməliyyatlara hazırlaşan Türkiyə ordusu üçün yuxarıda adı qeyd olunan ərazilər sərhədə kifayət qədər yaxındır. Öz ərazisinin təhlükəsizliyini düşünmək məcburiyyətində olan Ankara Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zolağı yaratmaqda israrlıdır.

Belə olan halda Suriya ordusunun Ayn-İssa və Menbiçdə cəmləşməsi gözlənilən hərbi əməliyyat zamanı Türkiyə ordusu ilə birbaşa toqquşma riski yaradır.

Suriya İnsan Haqları Müşahidə Qrupunun üzvləri Rusiyanın da bölgədə əlavə hərbi qüvvələr cəmləşdirdiyini açıqlayıb.

Bildirilir ki, dünən, iyulun 4-də Rusiya Menbiç yaxınlığındakı bazasına əlavə hərbi qüvvələr yerləşdirib.

Bundan əvvəl isə Rusiyanın Türkiyə sərhədindən dörd kilometr aralıda yerləşən Kamışlı şəhərindəki aviabazasına 1 500-ə yaxın desant yerləşdirdiyi bildirilirdi.

Oxu.az