Suriya prezidentinin xanım müşaviri qəzaya düşdü, vəziyyəti ağırdırbackend

Suriya prezidentinin xanım müşaviri qəzaya düşdü, vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya prezidentinin müşaviri Luna Əl-Şible Dəməşqə gedən yollardan birində qəza törədib. Luna Əl-Şible ağır yaralanıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Editor.az xəbər verir ki, SANA Suriya prezidentinin mətbuat xidməti məlumat yayıb. Agentlik açıqlamasında bildirib ki, xanım Əl-Şiblinin getdiyi avtomobil yoldan çıxaraq digər avtomobillərlə toqquşub.

Müşavir Dəməşqdəki xəstəxanalardan birinə yerləşdirilib. “Aavsat” qeyd edir ki, xanım Əl-Şiblə kəllə-beyin travması alıb. O, əvvəlcə Yafurdakı (Dəməşq yaxınlığında yerləşən) klinikaya yerləşdirilib, lakin sonra paytaxtdakı Əl-Şami xəstəxanasına köçürülüb. Agentlik Suriya mətbuatına istinadən yazır ki, həkimlər məsləhətçinin sağ qala biləcəyinə şübhə edirlər.

//Samir Qurbanov, Editor.az