Suriya qondarma qurumların müstəqilliyini tanıdıbackend

Suriya qondarma qurumların müstəqilliyini tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Suriya qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini tanımaq qərarına gəlib.

Editor.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. “Suriya Ərəb Respublikası bütün sahələrdə münasibətləri yaxşılaşdırmaq üçün ümumi iradə və istəyi təcəssüm etdirərək, “Luqansk Xalq Respublikası” (LXR) və “Donetsk Xalq Respublikası”nın (DXR) müstəqilliyini və suverenliyini tanımaq qərarına gəlib”, – XİN-dən bildiriblər. Məlumatda deyilir ki, “müəyyən edilmiş normalara uyğun diplomatik münasibətlərin qurulması da daxil olmaqla, əlaqələrin möhkəmləndirilməsi üçün çərçivənin razılaşdırılması üçün iki “ölkənin” hər biri ilə (LXR və DXR) əlaqələr qurulacaq”. İyunun 16-da Suriya prezidenti Bəşər Əsəd qondarma “DXR”-in nümayəndə heyəti ilə görüşü zamanı “DXR”-in tanınması prosedurunun rəsmən başladığını elan edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya Suriya və ya hər hansı digər ölkənin “DXR” və “LXR”-ni tanımasını alqışlayacaq.

  Editor.az