Şiddətli döyüşlərdən sonra silahlı suriyalı qruplar Suriyanın qərbində eyniadlı əyalətin inzibati mərkəzi olan Həma şəhərinin yaşayış məhəllələrinə daxil olub.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, ordu “şəhərdən kənarda” mövqelərə yerləşib. İslamçı koalisiya bir neçə saat əvvəl şəhərin müdafiəsində irəliləyiş olduğunu elan etsə də, Müdafiə Nazirliyi bu məlumatı təkzib etmişdi.
Hökümət əleyhinə qrupları birləşdirən Hərbi Əməliyyatlar Komandanlığının Telegram kanalı yaraqlıların şəhərin şimal-şərqindəki əraziləri zəbt etdiyini, Həma mərkəzi həbsxanasını ələ keçirdiklərini və “yüzlərlə məhbusu azad etdiklərini” bildirib. Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Şəhər daxilində toqquşmalar zamanı mülki əhalinin həyatını xilas etmək üçün hərbi birləşmələr yenidən yerləşdirilərək şəhər xaricindəki mövqelərə köçürülüb”.
//Samir Qurbanov, Editor.az