Suriya və İsrail nazirləri Bakıda GÖRÜŞDÜbackend

Suriya və İsrail nazirləri Bakıda GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında Bakı şəhərində  görüş keçirilib.

Görüş təhlükəsizlik baxımından qapalı formatda təşkil olunub və tərəflər arasında bir sıra regional məsələlərin, o cümlədən Yaxın Şərqdə gərginlik, Suriya-İsrail münasibətləri müzakirə edilib.

Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.

Rəsmi mənbələr hələlik görüşlə bağlı təfərrüat verməsə də, ekspertlər bu cür təmasların Azərbaycanın beynəlxalq dialoq platforması kimi artan rolunun göstəricisi olduğunu bildirirlər.

Musavat.com