Suriya və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmaq barədə razılığa gəliblərbackend

Suriya və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya və Səudiyyə Ərəbistanının hakimiyyət orqanları diplomatik münasibətlərin kəsilməsindən on bir il sonra səfirliklərinin işini bərpa etmək qərarına gəliblər.

Ər-Riyad və Dəməşqdəki səfirliklərin işə başlama vaxtı barədə məlumat verilməyib və tərəflər hələlik bu mesajı rəsmi şəkildə şərh etməyiblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr 2012-ci ildə prezident Əsədi müxalifəti zorakılıqla sıxışdırmaqda ittiham edərək onun siyasətinə etiraz olaraq Suriyadakı diplomatik nümayəndəliklərini bağlamışdı.

Hazırda bir sıra ərəb ölkələri Suriyanın Ərəb Liqasına qaytarılması üçün səylər göstərirlər.

Oxu.az