Suriyada dağıntılar altında qalan 3 azyaşlı uşaq 36 saatdan sonra xilas edilibbackend

Suriyada dağıntılar altında qalan 3 azyaşlı uşaq 36 saatdan sonra xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıdıcı zəlzələnin baş verdiyi Suriyanın şimalında evlərinin dağıntıları arasında qalan 3 uşaq xilas edilib. Onlar 36 saat dağıntılar altında qalıblar.

Editor.az CNN-ə istinadla xəbər verir ki, uşaqların atası Mustafa Zuhir Əl-Sayidin sözlərinə görə, 7,8 bal gücündə zəlzələ zamanı səhər tezdən yer silkələnən zaman həyat yoldaşı və üç uşağı yatıb. “Biz hiss etdik ki, yer silkələnir… və dağıntılar başımızın üstünə düşməyə başladı və iki gün dağıntılar altında qaldıq”.

Dağıntılar altında qalan Əl-Sayed, ailəsinin kiminsə onları tapması üçün yüksək səslə dua etdiyini söylədi. “Eşitdik və xilas olduq – mən, həyat yoldaşım və uşaqlarım. Şükür Allaha ki, hamımız sağıq və bizi xilas edənlərə təşəkkür edirik”. Uşaqları xilas edən videoda böyük qızın kiçik Barat və bacısının bir-birinə sıxışaraq başlarını sığallaması görünür. O, bacı-qardaşlarının üzünü örtəcək qədər qolunu hərəkət etdirərək dağıntılardakı tozdan bir qədər qoruyur. Videoda uşaqlar dağıntılar altından çıxarılarkən yerli əhalinin alqışladığı görünür. Onlar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Həmçinin, Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyədə baş verən güclü zəlzələlərdən 53 saat sonra Şanlıurfada aparılan xilasetmə əməliyyatı zamanı dağıntılar altından 1 yaşlı uşaq xilas edilib. Uşağı uçan 5 mərtəbəli binanın dağıntıları altından xilas etmək mümkün olub. O, ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Şanlıurfada 6 yaşlı uşaq 47 saatdan sonra dağıntılar altından xilas edilib. O, xəsarət alaraq xəstəxanaya aparılıb. Qaziantepdə biri uşaq olmaqla, 10 nəfər dağıntılar altından xilas edilib.

//Gülnarə Abasova, Editor.az