Suriyada döyüşlər getdikcə qızışır, Bəşər Əsəd təcili Vladimir Putinin yanına getdibackend

Suriyada döyüşlər getdikcə qızışır, Bəşər Əsəd təcili Vladimir Putinin yanına getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya lideri Bəşər Əsəd Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Editor.az xəbər verir ki, bu barədə noyabrın 28-də Rusiyanın “EZh” Telegram kanalı öz mənbələrinə istinadən məlumat yayıb. Telekanal yazır ki, Putinin Əsədlə görüşü noyabrın 29-na planlaşdırılıb.

Bu arada Suriyada silahlı müxalifətin Əsəd ordusunun Hələb vilayətindəki mövqelərinə genişmiqyaslı hücum həyata keçirilir. Onlar Əsəd rejiminin dinc əhaliyə qarşı aylardır davam edən hücumlarına cavab olaraq döyüşməyə başlayıb. “Anadolu”nun məlumatına görə, çərşənbə günü axşam saatlarında “Həyat Təhrir əş-Şam” qruplaşması Hələbin qərbində 42 kənd və mövqeyə nəzarəti ələ keçirib, cümə axşamı səhər isə daha iki kəndi ələ keçirib. Qrup son vaxtlar ələ keçirdiyi bölgələrdə rejim qüvvələrinin ağır silahlarını və hərbi texnikasını ələ keçirib.

Onlarla əsgərin əsir götürülməsi, Əsəd qüvvələrinin xeyli itki verdiyi bildirilir. Təxminən 10 min dinc sakin döyüşlərdən qaçaraq Suriyanın şimal-qərbindəki İdlib şəhəri ətrafındakı kəndlərə sığınıb. Münaqişə getdikcə şiddətlənir, döyüşlər Hələb şəhərinə yaxınlaşır.

//Samir Qurbanov, Editor.az