Suriyada həbsdə olan İŞİD üzvləri həbsxanada qiyam qaldırıblarbackend

Suriyada həbsdə olan İŞİD üzvləri həbsxanada qiyam qaldırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror qruplaşmasının həbsdə olan üzvləri Suriyanın Haseke vilayətinin cənubunda Kürd silahlı birləşmələrinin nəzarətində olan “Əl-Bulqari” həbsxanasında qiyam qaldırıblar.

Bildirilib ki, qaçmağı planlaşdıran məhbuslar mühafizəçilərin diqqətini yayındırmaq üçün həbsxana girişini yandırıblar.

Yaxınlıqdakı Əş-Şəddadi şəhərindən gələn Kürd Demokratik Suriya Qüvvələrinin xüsusi təyinatlıları cəzaçəkmə müəssisəsinin ərazisini mühasirəyə alaraq, təxminən 70 nəfər məhbusun qaçışının qarşısını alıb.

Telekanalın məlumatına görə, sözügedən həbsxanada 5000-dən çox terrorçu saxlanılır. Onların əksəriyyəti keçmiş muzdlulardı.

//APA