Suriyada keçmiş rejimin silahlı üzvləri Baş Təhlükəsizlik İdarəsinə hücum edibbackend

Suriyada keçmiş rejimin silahlı üzvləri Baş Təhlükəsizlik İdarəsinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadakı keçmiş rejimin silahlı üzvləri Dəməşq əyalətinin Cdeidet əl-Fadl kəndinin kənarında Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib.

Bu barədə cümə axşamı Suriyanın SANA xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, toqquşma nəticəsində ölənlər var. “Dəməşq əyalətinin Cdeidet əl-Fadl kəndinin kənarında keçmiş rejimin qalıqları Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edərək nəzarət-buraxılış məntəqəsini idarə edən qüvvələrə atəş açıblar, nəticədə onun iki üzvü yaralanıb”, – agentliyin açıqlamasında bildirilir.

Dəməşq vilayətinin təhlükəsizlik rəsmisi polkovnik-leytenant Hussam Əl-Tahhan bildirib ki, insidentdən sonra Suriya qüvvələri insidentdə iştirak edənləri təqib etmək üçün əlavə qüvvələr yerləşdirib. Onun sözlərinə görə, yaraqlılar tutulmalı və məhkəmə qarşısına çıxarılmalıdır.

//Samir Qurbanov, Editor.az