Çevrilişdən və Bəşər Əsədin gedişindən sonra Suriyanı nə gözləyir? İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, ölkədə müharibə başlaya bilər və Suriya parçalanma təhlükəsi altındadır.
“Qorxu vətəndaş və ya məzhəb müharibəsinin başlanması, Suriyanın qismən və ya tamamilə dağılması və terrorçuların sığınacağına çevrilməsi ehtimalı ilə bağlıdır”, – nazir deyib.
O əlavə edib ki, Tehran Dəməşqdəki hadisələri izləyir və digər məsələlərlə yanaşı, İsrailin addımlarından narahatdır. Xatırladaq ki, noyabrın 8-nə keçən gecə İDF Colan təpələrindən kənarda yerləşən Suriya ərazisini işğal edib. İsrail qeyd edib ki, hazırda dörd cəbhədə döyüşlər gedir.
//Samir Qurbanov, Editor.az