Suriyada yeni dövr: 2 Aİ ölkəsi Dəməşqdəki səfirliklərini yenidən açdıbackend

Suriyada yeni dövr: 2 Aİ ölkəsi Dəməşqdəki səfirliklərini yenidən açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş prezident Bəşər Əsəd Suriyadakı vəzifəsindən istefa verdikdən sonra Çexiya və Macarıstan paytaxt Dəməşqdəki səfirliklərini yenidən açıb.

Editor.az xəbər verir ki, Çexiyanın xarici işlər naziri Yan Lipavski ölkədə baş verən hadisələrin ardından 8 dekabr 2024-cü ildə bağlanan Dəməşq səfirliyinin yenidən fəaliyyətə başladığını bildirib.

“Milad və Yeni il bayramlarında Suriyadakı səfirliyimizi yenidən açdıq. Son zamanlar kritik günlərdə diplomatik nümayəndəliyimizi tamamilə bağlamalı, hətta təxliyyə etməli olduq”,-deyə bildirilirdi. Lipavski bildirib ki, səfirliyin təhlükəsizliyinə cavabdeh olan texniki heyətlə yanaşı, ABŞ vətəndaşlarının Suriyada qalması ilə bağlı məsələlərlə məşğul olan Xarici İşlər Nazirliyinin departamentinin rəhbəri də işə başlayıb.

//Gülnarə Abasova, Editor.az