Suriyanın Deyr əz-Zor əyalətində ABŞ hərbi bazasına mərmi atılıb.
Editor.az “Reuters”ə isrinadən xəbər verir ki, ilkin məlumatlara görə, itki yoxdur. Təhlükəsizlik mənbəsinin agentliyə verdiyi məlumata görə, altı mərmi Amerika aviabazasının ətrafına atılıb və yaxınlıqda yerə düşüb. ABŞ-ın rəhbərlik etdiyi koalisiya artilleriya atəşi ilə cavab verib.
Xatırladaq ki, avqustun 11-də Suriyada PUA-nın hücumu nəticəsində bir neçə ABŞ və koalisiya hərbçisi yaralanmışdı. Bundan bir qədər əvvəl İraqdakı “Ayn əl-Əsəd” aviabazasına raket hücumu nəticəsində 5 əsgər xəsarət almışdı.
//Samir Qurbanov, Editor.az