Suriyalı Türkiyədə özünə bənzəyən şəxsi öldürüb onun adı ilə maşınını satdı – FOTObackend

Suriyalı Türkiyədə özünə bənzəyən şəxsi öldürüb onun adı ilə maşınını satdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərinin sakini özünə bənzəyən kişini öldürərək ona məxsus avtomobili satıb.

“Haber Global” məlumat verir ki, 24 yaşlı Aykut Çakalın ailəsi ondan xəbər ala bilmədiklərinə görə polisə məlumat veriblər.

Eyni zamanda həmin şəxsə məxsus avtomobilin maşın qalereyasına satıldığı məlum olub.

Müəyyən edilib ki, A.Çakala bənzəyən suriyalı Mohammad Qazi Jasem özünü maşının sahibi kimi təqdim edib.

Onlar Məhəmməd Qarataş adlı bir şəxslə bu planı qurub və A.Çakalı boğub öldürüblər.