Ötən gecə Suriyanın Hələb şəhərindəki stadionda güclü yanğın baş verib.
Editor.az bu barədə “Al Watan” qəzetinə istinadən xəbər verir. “Hələbin Əl-Həmdaniyyə bölgəsindəki Hələb Beynəlxalq Stadionunda böyük yanğın baş verib. Hadisənin naməlum şəxslər tərəfindən törədildiyi güman edilir.
Suriya Mülki Müdafiəsi onu söndürə bilib”, – nəşr xəbər verir.
Qeyd edək ki, Hələb Beynəlxalq Stadionu Suriyanın ən böyük idman qurğusudur. Nəşr qeyd edir ki, şəhər hakimiyyəti yanğının süni mənşəli olduğunu hesab edir.
//Samir Qurbanov, Editor.az