Suriyanın hava müdafiəsi hərbi hava limanına raket hücumunu dəf edibbackend

Suriyanın hava müdafiəsi hərbi hava limanına raket hücumunu dəf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın hava hücumundan müdafiə sistemləri Homs vilayətindəki hərbi hava limanına raket hücumunu dəf edib.

Məlumata əsasən, zərbələr İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən ABŞ bazasının yerləşdiyi Əl-Tanf sərhəd rayonundan endirilib.

Bildirilib ki, Homs vilayətinin şərqində yerləşən T-4 hərbi hava limanı hücuma məruz qalıb:

“Suriyanın hava hücumundan müdafiə sistemləri düşmən hədəflərinin çoxunu vurmağı bacarıb”.

Mənbə bildirir ki, yalnız maddi ziyan dəyib, şəxsi heyət arasında itki yoxdur.

//Trend