Şurnuxda 12 evin olduğu ərazi Azərbaycana qaytarıldıbackend

Şurnuxda 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

Sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində bu evlər, bitişik torpaq sahələri ilə birlikdə Azərbaycana təhvil verilib.

Kənd nümayəndəsi Akop Arşakyan agentliyə açıqlamasında, kəndlilər son əşyalarını topladığını bildirib. Kəndin Azərbaycana aid hissəsinə girişində nəzarət nöqtəsi qurulduğu bildirilib.

“Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar”,-deyə Arşakyan qeyd edib.

Qeyd edək ki, sözügedən evlərin yerləşdiyi ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda – Azərbaycanın Zəngilan rayonunun ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.