Ukrayna müdafiə qüvvələri əməliyyatları məhdudlaşdırmayıb, lakin sursat çatışmazlığını aradan qaldırmaq üçün onları yenidən formatlayır.
Editor.az bildirir ki, bu barədə “Tavriya” Müdafiə Qüvvələrinin mətbuat katibi polkovnik Aleksandr Ştupun bildirib. O, əvvəllər “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun (OSGV) komandiri Aleksandr Tarnavskinin şərh etdiyi “Reuters” agentliyinin nəşrini tənqid edib. Ştupunun sözlərinə görə, jurnalistlər gurultulu yazı başlığı ilə komandirin sözlərini təhrif ediblər.
“Sursat yenidən bölüşdürülür. Sursatın kəmiyyətində azalma var və bu heç kimə sirr deyil. Amma əməliyyatların tamamilə dayandırılmasından danışmaq… Yaxşı, məsələn, Tavriya OSGV yalnız iki əməliyyat keçirir – müdafiə və hücum. Birini dayandırmaq sadəcə mümkün deyil. Bu, bütün hərbi qulluqçulara aydındır, lakin bütün mülki şəxslərə aydın ola bilməz”, – Ştupun bildirib.
//Samir Qurbanov, Editor.az

