Sürücü avtomobili izdihamın üzərinə sürdübackend

Sürücü avtomobili izdihamın üzərinə sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonun mərkəzində naməlum kişi avtomobili gecə klubunun girişində izdihamlı piyadaların üzərinə sürüb.

Editor.az bildirir ki, bunu şəhər polisinin mətbuat xidməti deyib. Dörd yaralı xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır. Sürücü, 31 yaşlı kişi adam öldürməyə cəhddə şübhəli bilinərək həbs edilib. Polis hadisənin terrorla əlaqəsi olmadığını qeyd edib.

Qeyd edək ki, hadisə bu gün, dekabrın 25-nə keçən gecə Şaftesberi prospektində baş verib. Maşın qarşıdan gələn zolaqla hərəkət edirmiş, bundan sonra səkidə izdihamın üzərinə sürüb. Polis həbs edilən şəxsin vurub-qaçmazdan əvvəl gecə klubunda mübahisə etdiyinə inanır. İdarə hadisənin bütün halları ilə bağlı araşdırmalara başlayıb.

//Samir Qurbanov, Editor.az