Sürücülərin nəzərinə: Hazırda paytaxtın bu yollarında sıxlıq var – Fotolarbackend

Sürücülərin nəzərinə: Hazırda paytaxtın bu yollarında sıxlıq var – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Editor.az-a verilən məlumata görə, sıxlıq müşahidə edilən küçələrdə ictimai nəqliyyat vasitələrinin hərəkətində də çətinliklər var.

Mövcud vəziyyətlə əlaqədar sürücülərə ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməmələri, daha çox ictimai nəqliyyata üstünlük verilmələri tövsiyə olunur.

Sıxlıq müşahidə olunan küçə və prospektlər:

Ziya Bünyadov prospekti hər iki istiqamət

Heydər Əliyev prospekti (ASK arenanın qarşısından başlayaraq kənar yol şəhər istiqamətində)

Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində

Abbasqulu ağa Bakıxanov küçəsi

28 May küçəsi

Koroğlu Rəhimov küçəsi hər iki istiqamətdə

Abdulvahab Salamzadə küçəsi hər iki istiqamətdə

Qələbə dairəsi və dairə ətrafında

Tbilisi prospekti 20 Yanvar dairəsi istiqamətində

Moskva prospekti şəhər istiqamətində