“Şuşa Azərbaycanın ikinci paytaxtı olacaq” – Ermənilərdən iddiabackend

“Şuşa Azərbaycanın ikinci paytaxtı olacaq” – Ermənilərdən iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan hakimiyyətinin Şuşa ilə bağlı böyük geosiyasi planları var”.

Editor.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatşı rejimin rəhbəri Arayik Arutyunyanın müşaviri David Babayan bildirib.

“Şuşanın itirilməsi Ani şəhərinin itirilməsilə müqayisə edilə bilər. Amma problem ondadır ki, 92-ci ildən bu yana regionda sabitlik üçün əsas faktor olan Şuşa gələcəkdə ciddi geosiyasi mübarizənin katalizatoru rolunu oynaya bilər”, – deyə o əlavə edib.

David Babayan Azərbaycanın Şuşaya yol çəkməsinə toxunaraq bildirib: “Bu onu göstərir ki, Şuşa Bakı üçün yalnız mənəvi dəyər deyil, həm də iqtisadi və hərbi-siyasi mahiyyət daşıyır.

İstisna deyil ki, Şuşa yeni yaranacaq Qarabağ inzibati ərazi vahidinin mərkəzi, yaxud daha çox Azərbaycanın ikinci paytaxtı olacaq”.