“Şuşa bəyannaməsi” ndəGizlənən Rəqəmlər-47 milyonluq ORDU varbackend

“Şuşa bəyannaməsi” ndə Gizlənən Rəqəmlər-47 milyonluq ORDU var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Səsi” teleqram-kanalı Şuşa bəyannaməsi kontekstində Azərbaycan və Türkiyənin birgə hərbi resurslarını açıqlayıb. Kanal öz hesablamalarına insan resurslarından başlayıb.

Bizim.Media xəbər verir ki, müzdlu qoşunların ümumi sayı 1.34 milyondur.

Fəal şəxs heyətin sayı isə 480 mindir. Səfərbər ola biləcək hərbçilərin sayı Türkiyədə 42, Azərbaycanda isə 5 milyondur. Yəni, ehtiyac yaranarsa, Azərbaycan və Türkiyə 47 milyonluq qoşun toplaya bilər.

Hərbi təyyarələrin ümumi sayı 1201, qırıcılar isə 218-dir. Hərbi vertolyotların ümumi sayı isə 559-dur ki, hava zərbəsi helikopterlərinin kəmiyyəti 121-dir.

Tankların ortaq sayı 4097, özü hərəkət edən artilleriya 1185, digərləri 1507 ədəddir. Alovlu reaktiv sistemlərin birgə sayı 652 ədəddirsə, zirehli texnika 13080-dən az deyil.

Hərbi dəniz qüvvələrinə gəlincə, hərbi gəmilərin ümumi sayı 180-dir. Minadaşıyanlar isə Türkiyədə 11, Azərbaycanda isə 7 ədəddir, yəni, cəmi 18. Türkiyənin hərbi büdcəsi 20 milyard ABŞ dolları təşkil edirsə, Azərbauycanda müdafiə xəzinəsi 2.7 milyarddır – 22.7 milyard ABŞ dolları.

Türkiyə 55 min barrel neft çıxarırsa, Azərbaycanda çıxarılan neftin miqdarı 800 min barreldir.

Ermənilərin təşvişə düşməsi, İrəvanın Şuşa bəyannaməsi ilə bağlı sərsəm bəyanatlar verməsi anlaşılandır. Çünki sadalanan rəqəmlər hegemonları da lərzəyə gətirir.