“Türkiyə və Azərbaycan prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalamasından bir il ötür. Bu sənəddə ikitərəfli münasibətlərin bütün aspektləri, xüsusən, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım sahəsi ilə bağlı məsələlər əksini tapıb”.
Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili Şuşa bəyannaməsinin əhəmiyyətindən danışıb:
” Bu sənədin mahiyyəti hərbi, siyasi, iqtisadi, mədəni sahələr üzrə faktiki olaraq xeyli dərinləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin sənəd halına salınmasıdır desək yanılmarıq. İndiyə qədər Türkiyə və Azərbaycan arasında çox sayda deklorativ sənədlər imzalanmışdı. Son bir ildə isə bu münasibətlər sürətlə dərinləşərək iki ölkə arasında imzalanmış anlaşmaları da aşaraq öz yüksək nöqtəsinə çatdı. Şuşa bəyannaməsi məhz mövcud ikitərəfli razılaşmalardakı məsələləri bir daha vurğulamaqla, sənədlərdən daha çox inkişaf etmiş münasibətləri və gələcəkdəki daha dərin əməkdaşlığı rəsmiləşdirmiş oldu.Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bir daha sübut etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi. Şuşa Bəyannaməsinin 1 illiyi ilə əlaqədar Qarabağda “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu tədbirdə ötən bir ildə Bəyannamə imzalandıqdan sonrakı dövrdə hər iki ölkənin bütün fəaliyyəti müzakirə olunub. Ötən bir ildə hər iki dövlətin rəsmi nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunub. Ən mühümü isə Texnofest kimi bir layihənin keçirilməsi idi. Deyə bilərəm ki, bu texnoloji tədbir regiona səs saldı”.
// Gülnarə Abasova, Editor.az

