“Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir” – Rusiya MNbackend

“Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir” – Rusiya MN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparırlar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin sabitləşdirilməsi və Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”, – məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, sülhməramlılar həmçinin ərazidəki otuz müşahidə məntəqəsində gecə-gündüz monitorinq aparırlar.

“Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb”, – deyə nazirlik əlavə edib.