Şuşaya gedən təzə yol ödənişli olacaqbackend

Şuşaya gedən təzə yol ödənişli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhmədbəyli və Füzulidən Şuşaya gedən alternativ avtomobil yolu pullu olacaq.

Editor.az bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib. Sözügedən yolun indiki 100 km-lik Zəfər yolundan 20 km qısa, 4 zolaqlı, hər iki tərəfi hasara alınmış və sürücülər üçün tam təhlükəsiz olacağını deyən

S.Məmmədov bildirib ki, Şuşa Azərbaycanın qoruq şəhəri və mədəniyyət mərkəzidir. Gələcəkdə bura çoxlu turist cəlb edəcək və belə bir tədbir yola xidmət üçün əsaslandırılacaq. Qeyd edək ki, tikintisi davam edən 81,2 km uzunluğunda yeni yol Azərbaycanın Füzuli, Xocavənd, Xocalı və Şuşi rayonlarını birləşdirəcək və gələn il istifadəyə veriləcək.

  //Samir Qurbanov, Editor.az