Svıridenko yeni hökumətin qarşısında duran üç əsas vəzifəni açıqladıbackend

Svıridenko yeni hökumətin qarşısında duran üç əsas vəzifəni açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın birinci vitse-premyer naziri və iqtisadiyyat naziri Yuliya Svıridenko prezident Volodimir Zelenski ilə görüşdən sonra yeni hökumətin qarşısında duran üç əsas vəzifəni açıqlayıb. Bu barədə o, Facebook səhifəsində məlumat verib.

Svıridenkonun sözlərinə görə, prezidentin müəyyən etdiyi prioritetlər bunlardır:

ölkənin iqtisadi potensialının gücləndirilməsi;

əhalinin dəstək proqramlarının genişləndirilməsi;

Ukraynada silah istehsalının genişləndirilməsi.

Nazir bildirib ki, bu məqsədlərə çatmaq üçün ciddi derequlyasiya (qanunvericiliyin sadələşdirilməsi), bürokratik maneələrin aradan qaldırılması, dövlət büdcəsində “kritik olmayan” xərclərin azaldılması və bütün dövlət resurslarının müdafiəyə yönəldilməsi kimi addımlar atılacaq.

Qeyd edək ki, Yuliya Svıridenkonun Ukraynanın yeni baş naziri postuna namizədliyi irəli sürülüb.

//Samir Qurbanov, Editor.az