Szijarto: Rusiya və Macarıstan xarici təzyiqlərə birgə müqavimət göstərməlidirbackend

Szijarto: Rusiya və Macarıstan xarici təzyiqlərə birgə müqavimət göstərməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici işlər naziri Peter Szijjarto Rusiya ilə ölkəsi arasındakı əməkdaşlıqda enerjinin əhəmiyyətini vurğulayıb və Moskva ilə Budapeştin xarici təzyiqlərə birgə müqavimət göstərməsinin vacibliyini qeyd edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Szijjarto bu fikirləri Rusiya-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Moskvada keçirilən iclasında səsləndirib. O, bildirib ki, iki ölkə milli maraqlara əsaslanaraq qərarlar qəbul edir:

“Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban əməkdaşlığımızın bir çox mühüm məsələlərini müzakirə ediblər və bu, əlaqələrimizə yeni təkan verib. Biz qətiyyətlə çalışmalı və xarici təzyiqlərin artırılması fonunda birgə müqavimət göstərməliyik”.

Nazir həmçinin Orbanın Rusiya ilə enerji sahəsində əməkdaşlığı strateji və unikal etmək niyyətində olduğunu, etibarlı enerji təchizatının Budapeşt üçün həyati əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, enerji sahəsində əməkdaşlıq yalnız praqmatik addım deyil, həm də ölkənin təhlükəsizliyini təmin etmək baxımından həyati əhəmiyyətlidir.

//Gülnarə Abasova, Editor.az