Tabuta faşist bayrağı çəkib, nasist salamı verdilər – Avropada şok hadisəbackend

Tabuta faşist bayrağı çəkib, nasist salamı verdilər – Avropada şok hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada kilsənin qarşısında neonasist partiyasının liderinin tabutunun üzərinə asılan bayraq və sonra baş verənlər “zəlzələ” effekti yaradıb.

Teleqraf.com xəbər verir ki, prezident seçkilərinin keçiriləcəyi İtaliyada paytaxt Romada keçirilən dəfn mərasimində baş verənlər bütün dünyada böyük qalmaqala səbəb olub.

İfrat sağçı partiyaların yüksəlişdə olduğu İtaliyada dörddə bir əsrlik neonasist Forza Nuova partiyasının meneceri Alessia Augello 44 yaşında paytaxtda vəfat edib. Tunqsti ləğəbi ilə tanınan Augello üçün Romadakı Santa Lukia kilsəsinə toplaşan neonasist partiyasının tərəfdarları günorta kilsənin qarşısında tabutun üzərinə nasist bayrağı taxıblar. Sosial şəbəkələrdə yayılan video görüntülərdə dəfn mərasiminə toplaşan kütlənin nasist bayrağı ilə yanaşı əllərini havaya qaldıraraq nasist salamı verməsi açıq-aydın görünüb. Görüntülərin İtaliyanın “Open” xəbər saytında yayımlanması şok effekti yaradıb və yerli mətbuat araşdırmaya başlayan polisin dəfn mərasimində bayraq qaldıranları aşkarladığını yazıb.

Katolik xristianlığın mərkəzinə ev sahibliyi edən Romada cənazə mərasimində yaşanan qalmaqaldan sonra kilsə açıqlama verərək nasist bayraqlı tabutun qınandığı və hadisənin qəbuledilməz olduğunu vurğulayıb.

Romadakı yəhudi icması bəyan edib ki, II Dünya müharibəsindən 70 il sonra İtaliyanın paytaxtında nasist bayrağının görünməsi inanılmazdır.

1997-ci ildə qurulan Forza Nuova partiyasının bəyannaməsində immiqrasiya və aborta qarşı müxalif fikirlər mühüm yer tutub, həmçinin nifrət cinayətlərinə görə cəzaların ləğvi vacib sayılır.

Qeyd edək ki, İtaliyada keçirilən son ümumi seçkilərdə populist və ifrat sağçı partiyalar böyük uğur əldə etməklə səslərin təxminən 50 faizinə çatıb.