Tacigistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etdibackend

Tacigistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan aprelin 20-dən etibarən Türkiyənin ümumi mülki xarici pasportlarının sahibləri üçün viza rejimi tətbiq edəcək. İdarədən bildirilib ki, qərar qarşılıqlılıq prinsipi çərçivəsində qəbul edilib.

Belə ki, Türkiyə aprelin 6-da Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğv edildiyini açıqlayıb. Viza rejimi də aprelin 20-dən qüvvəyə minəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanına əsasən, tədbir “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” qanun əsasında qəbul edilib. Vizasız rejim çərçivəsində adi beynəlxalq pasportlara malik Tacikistan vətəndaşları Türkiyəyə 30 gün müddətinə vizasız gedə bilərdi.

Xidməti pasport sahibləri üçün 60 günə qədər, diplomatik pasportlar üçün isə 90 günə qədər vizasız giriş mümkün idi. Türkiyə vətəndaşları da Tacikistanda 30 gün vizasız qala bilərdilər.

//Samir Qurbanov, Editor.az