Tacik-qırğız münaqişəsi: Ölənlərin sayı artdı – Son durumbackend

Tacik-qırğız münaqişəsi: Ölənlərin sayı artdı – Son durum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın Səhiyyə naziri Aliza Soltonbekova Tacikistanla qarşıdurmada qurban sayının artdığını bildirib.

Teleqraf.com xəbər verir ki, nazir yaralananlardan 34-nün öldüyünü, bununla qurbanların sayının 183-ə yüksəldiyini söyləyib.

Bundan əvvəl silahlı toqquşmada 35 nəfərin öldüyü açıqlanmışdı.

Qırğızıstan hökuməti vətəndaşlara humanitar yardım göstərməyə davam edir. Soltonbekova əlavə edib ki, yerli sakinlər tədricən münaqişə bölgəsindəki evlərinə qayıtmağa başlayıblar.