Tacikistan Prezidenti : “Sərhədin 68 faizi müəyyənləşib”backend

Tacikistan Prezidenti : “Sərhədin 68 faizi müəyyənləşib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan və Qırğızıstan nümayəndə heyəti iki ölkəni ayıran İsfara şəhərində görüşüb.

Editor.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Tacikistan Prezidenti Emomali Rahman iki ölkənin nümayəndə heyətinin görüşünə münasibət bildirib.

“Hökumətimiz Qırğızıstanla dövlət sərhədinin ən qısa zamanda müəyyən edilməsi ilə bağlı danışıqları dəstəkləyir. Bunun üçün iki ölkə arasında komissiya yaradılıb. Komissiyanın 20 illik fəaliyyəti nəticəsində iki ölkə arasındakı 987 kilometrlik sərhədin 663 kilometri, yəni 68,4 faizi müəyyənləşib”,- deyə Tacikistan Prezidenti bildirib”.

//Editor.az