Tacikistan-Qırğızıstan münaqişəsi: Qırğızıstan itkilərini açıqladıbackend

Tacikistan-Qırğızıstan münaqişəsi: Qırğızıstan itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan və Qırğızıstan sərhədində baş verən münaqişədə qırğız tərəfdən ölənlərin sayı 36 nəfərə çatıb. Editor.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 100-dən çox insan yaralanıb.

“Batken vilayətindən saat 10:00-a verilən operativ məlumatlara əsasən, daha 12 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına qəbul edilib. Silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 36 nəfərdir”, – deyə məlumatda bildirilir. Bundan başqa, 129 Qırğızıstan vətəndaşı xəsarət alıb ki, onlardan da 7-si ambulator müalicəyə göndərilib. Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində eskalasiya sentyabrın 14-də başlayıb. Tərəflər KTMT və ŞƏT-ə münaqişənin sülh yolu ilə həllinə çağırıblar. Qırğızıstanın Batken vilayətinin Batken və Leylek rayonlarında sərhədin perimetri boyunca toqquşmalar baş verib. Sentyabrın 17-də Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Qırğızıstan hərbçilərin Tacikistanın işğal prosesində ələ keçirdiyi bir sıra yaşayış məntəqələrini azad etdiyi bildirib. Tacikistan öz tərəfdən ölənlər barədə məlumat verməyib.

  //Samir,Editor.az