Tacikistan zəlzələ nəticəsində dağılan evlərin sayını açıqlayıbbackend

Tacikistan zəlzələ nəticəsində dağılan evlərin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanda baş verən zəlzələ nəticəsində 94 ev tamamilə dağılıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (MSK) Böhran İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, bazar günü Tacikistanın şərqində silsilə zəlzələlər qeydə alınıb.

“Tacikistanın şərqində 94 ev dağılıb”, – agentliyin Fövqəladə Hallar Komitəsinin mənbəsi bildirib.

Aprelin 13-də səhər Tacikistanda güclü zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar UTC vaxtı ilə saat 04:24-də (Moskva vaxtı ilə 07:24) qeydə alınıb. Mənbənin 16 kilometr dərinlikdə olduğu müəyyən edilib.

//Gülnarə Abasova, Editor.az