Taekvondo idman növü üzrə Gəncə şəhər birinciliyi keçirilibbackend

Taekvondo idman növü üzrə Gəncə şəhər birinciliyi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Taekvondo idman növü üzrə Gəncə şəhər birinciliyi keçirilib.

Editor.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən şəhər birinciliyinin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin İdman sektorunun müdiri Vüqar Xəlilov, Taekvondo idman növü üzrə Gəncə şəhər komandasının baş məşqçisi Vüqar Məmmədov və Əməkdar məşqçi Şahmar Nağıyev çıxış edərək, yarışda iştirak edən idmançılara uğurlar arzulamış və Taekvondo idman növünün şəhərimizdə inkişafı üçün belə yarışların mütəmadi olaraq keçiriləcəyini qeyd ediblər.

Qeyd edək ki, yarışın sonunda qalib idmançılar Baş İdarə tərəfindən diplom və medallarla təltif olunmuşdurlar.