TAHİR KƏRİMLİNİ ÖLÜMLƏ KİM HƏDƏLƏYİB? – DİN-dən açıqlama + VİDEObackend

TAHİR KƏRİMLİNİ ÖLÜMLƏ KİM HƏDƏLƏYİB? – DİN-dən açıqlama + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Tahir Kərimlinin qəribə və deklomasiyaya bənzər video-çıxışı yayılıb. Bu videoda o, onu ölümlə hədələyənlərə xüsusi pafosla, deklomasiya janrında cavab verir. Video bütün sosial şəbəkələrdə dolaşmaqdadır. Deputatla əlaqə saxlayıb bu qəribə videonun səbəbini aydınlaşdırmağa çalışdıq. Lakin deputatın telefonları bağlı olduğundan ondan video-çıxışı ilə bağlı fikirlərini öyrənə bilmədik.

Eyni zamanda, DİN və digər hüquq mühafizə orqanlarına da müraciət etdik. Onlar bu barədə məsələ qaldırıblarmı və Azərbaycan deputatının ölümlə hədələnməsi faktını araşdıracaqlarmı?

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb.

Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.