Tailand hakimiyyəti Rusiyadan gələn turistlər üçün 90 günlük vizasız rejim tətbiq etməyə hazırlaşır.
Editor.az xəbər verir ki, bu barədə “Bangkok Biz News” Asiya ölkəsinin baş naziri Sretta Taweesin-ə məlumat yayıb. KİV-in məlumatına görə, Rusiya Federasiyasından gələn turistlər üçün üç aylıq vizasız rejimlə bağlı rəsmi qərar hələ qəbul edilməyib.
Eyni zamanda, viza rejiminin yumşaldılması müvəqqəti tədbirə çevriləcək və təşəbbüs dəstəkləndiyi təqdirdə 1 noyabr 2023-cü ildən 30 aprel 2024-cü il tarixinədək tətbiq olunmağa davam edəcək.
Tailandın baş naziri vurğulayıb ki, Rusiyada qış ayları kifayət qədər soyuqdur və Tailand kurortlarında 30 gün ruslar üçün kifayət etməyə bilər. Taweesin belə bir dostluq jestinin ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

