Tailandda narkotik alverində şübhəli bilinən 15 nəfər öldürülübbackend

Tailandda narkotik alverində şübhəli bilinən 15 nəfər öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik ticarətində şübhəli bilinən 15 nəfər Tailandın Myanma ilə sərhədi yaxınlığında öldürülüb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi hissə Pha Muang İşçi Qrupunun üzvləri Myanma sərhədi yaxınlığındakı Chiang Rai bölgəsində narkotik qaçaqmalçılığı ilə bağlı xəbər əsasında hərəkətə keçiblər.

Səlahiyyətlilər bölgədə 20 nəfərin əsgərlərə atəş açması nəticəsində yaranan qarşıdurmada 15 narkotik ticarəti şübhəlisinin öldürüldüyünü açıqlayıb.

Səlahiyyətlilər öldürülən şübhəlilərin çantalarında təxminən 2 milyon metamfetamin həbinin ələ keçirildiyini və 15 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi işlərinin davam etdiyini açıqladı.

Hadisə yerinə baş çəkən Narkotiklərə Nəzarət Şurasının rəsmilərindən Phanurat Lukboon bildirib ki, Tailand əsgərləri arasında ölən olmayıb.

Qeyd edək ki, dekabrın 13-də təhlükəsizlik qüvvələri Myanma sərhədi yaxınlığında Taylandın Kançanaburi bölgəsində saxladıqları yük maşınında təxminən 50 milyon sintetik narkotik həb ələ keçirib. Təhlükəsizlik qüvvələri narkotik vasitəni müsadirə edərək avtomobildə olan 2 nəfəri saxlayıb.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Regional Nümayəndəsi Ceremi Duqlas ələ keçirilən metamfetamin tabletlərinin Tayland üçün rekord rəqəm olduğunu açıqlayıb.

//Səbinə Hüseynli, Editor.az