Tailandda təyyarə qəzaya uğrayıbbackend

Tailandda təyyarə qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailandda “Twin Otter” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Daha əvvəl 5 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilirdi.
“Bangkok Post” qəzetinə istinadən verdiyi məlumata görə, insident Tayland Milli Polisinə məxsus təyyarənin təlim uçuşu zamanı baş verib.

Təyyarə bir neçə paraşütçünü Hua Hin şəhərində təlimlərə çatdırmalı idi. Təyyarədə üç pilot, iki mexanik və bir təyyarə mühəndisi olub. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

//Samir Qurbanov, Editor.az