Taksi sürücüsü irqçi sərnişinləri maşından qovdu- VİDEObackend

Taksi sürücüsü irqçi sərnişinləri maşından qovdu- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Pensilvaniya ştatında taksi sürücüsü irqçi ifadələr işlədən sərnişinləri avtomobilindən düşürüb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, taksi sürücüsü  hadisəni öz feysbuk hesabında paylaşıb.

Paylaşılan videoda maşına minən qadın sərnişin gülərək sürücüyə sən ağdərili adam kimisən deyib. Daha sonra qadın sürücüyə “ingilis dilində danışa bilirsənmi ?” sualını verərək təhqir edib.

Sürücü Bod isə qadına hərəkətinin düz olmadığını bildirib. O qeyd edib ki, sükan arxasındakı qaradərili olsaydı nə olacaqdı?

Sözügedən video 3.5 milyon nəfər tərəfindən izlənilib. Taksi sürücüsünün hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb.

 

//Nəzərbəy, Editor.az