“Taksiyə verdikləri pul günlük büdcələrindən daha çoxdur…”- Deputat Operativ Qərargaha ÇAĞIRIŞ ETDİbackend

“Taksiyə verdikləri pul günlük büdcələrindən daha çoxdur..”- Deputat Operativ Qərargaha ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi hər birimizi narahat edən məsələdir. Son zamanlar dünyanın əksər ölkələrində “COVİD-19″la bağlı peyvəndləmədən sonra müəyyən yumşaldılmalara gedilir. Hətta yoluxma sayı Azərbaycandan daha çox olan ölkələrdə də ictimai nəqliyyatın işləməsinə icazə verilir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, bildirib ki, Azərbaycanda Operativ Qərargah artıq həftəsonları nəqliyyatın işləməsi ilə bağlı qərar qəbul etməlidir:

“Şənbə və bazar günləri nəqliyyatın fəaliyyətinin dayandırılması işləyən bir çox insanın işinə mane olur. İşə taksi ilə gedib- gəlməli olduqları üçün maddi cəhətdən əziyyət çəkən vətəndaşlarımızın sosial vəziyyəti daha da ağırlaşır. Taksiyə verdikləri pul günlük nəzərdə tutulan büdcədən daha çoxdur. Bu baxımdan Operativ Qərargaha səslənirəm ki, həftə sonu ictimai nəqliyyatla bağlı qadağalar aradan götürülsün”.

//Gülnarə Abasova, Editor.az