Taktiki “əsəb savaşı”: “Rəsmi Bakının planı…”- ŞƏRHbackend

Taktiki “əsəb savaşı”: “Rəsmi Bakının planı…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi Bakının planı rəqiblərin həyata keçirdiyi “əsəb müharibəsi”ni genişləndirmək və bu silahla özlərinə qarşı çıxmaqdır. Bu qəribə taktika özünün kuliminasiya nöqtəsini ermənilərin “humanitar şou”su ilə yaşadı. Çünki bir çox ölkələr bu yürüşün arxasında dayanıb Qarabağ bölgəsində humanitar fəlakət obrazı yaratmaq istədilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi analitikin sözlərinə görə, Azərbaycan humanitar yürüş karvanını Qarabağa buraxsaydı öz ərazisində suveren haqlarından imtina etmiş və zəifliyini göstərmiş olardı:

“Ancaq Azərbaycan bütün baş verənlərə səbrlə tab gətirə bildi.Həmin maşınlar ərazilərimizə keçə bilmədi. Azərbaycan güllə atmadan əməliyyatların icrasını həyata keçirtdi. Nəticədə qondarma rejimdə hökumət böhranı, əhalinin köçü, rus pasportları paylanmış əhalini sürətlə bölgəni tərk etməsi, silahlanma, hərbi əməliyyata yönəlik mesajların verilməsi, atəşkəsin pozulmasına yönəlik halların artmasına şahid olduq. Ancaq bütün bunlar Azərbaycanın tam səbrlə davranmasına baxmayaraq öz bəhrəsini göstərəcək. Bu baxımdan hələ ki rəsmi Bakı gözləmə mövqeyindədir. Taktiki “əsəb savaşı” qlobal savaşın tərkib hissəsidir. Azərbaycan istədiyini çox yaxın zamanda əldə edəcək”.

//Gülnarə Abasova, Editor.az