Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildibackend

Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında redaksiyamıza şikayətlər daxil olmuşdu: valideynlərdən biri – Tural Nəsmiyev Oxu.Az-a müraciət etmişdi.