Taleh Qaraşov özünə yeni müavin təyin etdi – Onlar vəzifəsindən azad olundu – FOTObackend

Taleh Qaraşov özünə yeni müavin təyin etdi – Onlar vəzifəsindən azad olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran şəhər İcra Hakimiyyətinin Aparatında kadr dəyişiklikləri olub.

Qaynarinfo-nun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Emin Rzaqulu oğlu Quliyev vəzifəsindən azad edilib.

Emin Quliyev icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub.

Emin Quliyev

Bundan başqa Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəmil Habil oğlu Məmmədzadə vəzifəsindən azad edilib. O başqa bir qurumda fəaliyyətə başlayıb.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Cavad Mircəfər oğlu Miriyev də vəzifəsindən azad olunub.

Bu barədə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb.