Taliban: ABŞ ilə yaxşı münasibətlər qurmaq istəyirikbackend

Taliban: ABŞ ilə yaxşı münasibətlər qurmaq istəyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ qüvvələrini Əfqanıstandan tamamilə çıxardıqdan sonra Taliban baş verənləri zəfər olaraq qiymətləndirib və ABŞ ilə yaxşı əlaqələr qurmaq istədiklərini söyləyib.

Editor.az xəbər verir ki, ABŞ -ın Əfqanıstandan çəkilməsindən sonra açıqlama verən Taliban sözçüsü Zabihullah Mücahid “Bu qələbə hər birimizindir” deyib.

Taliban sözçüsü ABŞ -la yaxşı diplomatik əlaqələr qurmaq istədiyini ifadə edib:

“ABŞ və dünya ilə yaxşı əlaqələr qurmaq istəyirik. Hamısı ilə yaxşı diplomatik əlaqələrə açığıq”.

Qeyd edək ki, Taliban rəsmiləri ABŞ -ın geri çəkilməsindən sonra Kabildə hava limanında simvolik bir yürüş keçirib.

//Gülnarə Abasova, Editor.az