Taliban ABŞ -ın Kabildəki səfirliyinin divarına öz bayrağını çəkib-FOTO
Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban Kabildə boşaldılan ABŞ səfirliyinin binasının divarına öz bayrağını çəkib.
Editor.az xəbər verir ki, “The Guardian”ın Əfqanıstandakı müxbirinin paylaşdığı kadrlarda radikal islamçı silahlı qrupun bayrağının ABŞ səfirliyinin girişində olduğu görünür.
Fox News-un paylaşdığı fotoda isə Taliban səfirliyin digər divarında hakimiyyəti altında Əfqanıstan üçün emblem çəkdiyini də görmək olar.

New York Post səfirlik binalarının onlara sahib olan ölkənin ərazisi hesab edildiyini diqqətə çəkərək baş verənlərin ABŞ -a qarşı təxribat olduğunu bildirir. ABŞ əsgərlərini ölkədən çıxararkən Əfqanıstan səfirliyini Qətərin paytaxtı Dohaya köçürmək qərarına gəlib və bu səbəbdən Kabildəki binanı boşaldıb.
//Gülnarə Abasova, Editor.az

