Taliban bərbərlərə saqqal qırxmağı və musiqi çalmağı qadağan etdibackend

Taliban bərbərlərə saqqal qırxmağı və musiqi çalmağı qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Helmand əyalətində bərbərlərin saqqal kəsmələri və salonlarında musiqi çalmaları “şəriət qanunları ilə” qadağan edilib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Taliban rəsmiləri tərəfindən məlumat verilib.

“Təcili olaraq məlumatlandırılırsınız ki, bu gündən bərbərlərdə və hamamlarda saqqal qırxmaq və musiqi oynamaq qəti qadağandır”, – deyə məlumatda bildirilir.

Açıqlamada, “Hər hansı bir bərbərin və saqqal qırxdığı və ya musiqi çaldığı aşkarlanarsa, onlara şəriət prinsiplərinə uyğun davranılacaq və şikayət etmək hüquqları olmayacaq”.- deyə qeyd edilib.

Taliban, hökümətin əvvəlki illərə nisbətən daha yumşaq olacağını söyləsə də, qadınlara məhdudiyyət qoyulması və cinayət əməllərinə görə cəza kimi ciddi şəriət qaydalarını tətbiq etdikləri görünür.

//Gülnarə Abasova, Editor.az