Taliban Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmağı tələb edirbackend

Taliban Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmağı tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir aydan çoxdur ki, Əfqanıstana nəzarəti ələ keçirən Taliban Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının toplantısına Əfqanıstan nümayəndəsi olaraq qatılmaq və çıxış etmək üçün yazılı müraciət edib.

Editor.az “BBC” yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının komitəsi tərəfindən sorğuya rəsmi olaraq baxılacaq.

Taliban, Əfqanıstanın Birləşmiş Millətlər Təşkilatı nümayəndəsi təyin etmək üçün Dohada olan sözçüsü Süheyl Şahini də namizər olaraq irəli sürüb. Ötən ay işdən çıxarılan Əfqanıstan hökumət nümayəndəsi, Talibana görə artıq Əfqanıstanı təmsil etmir. Birləşmiş Millətlər Təşkilatının sözçüsü, Amerika, Çin və Rusiya nümayəndələrindən ibarət tələbi nəzərə alaraq Baş Assambleyanın çıxışları bitdikdən sonra gələn həftə doqquz nəfərdən ibarət komitə bir araya gələcək. O vaxta qədər Əfqanıstan hökuməti tərəfindən əvvəllər təyin edilmiş Qulam İsaczai Əfqanıstanın BMT -dəki rəsmi nümayəndəsi olaraq fəaliyyətini davam etdirəcək. İsaczai, Baş Assambleyanın son günü, sentyabrın 27 -də dünya liderlərinə müraciət edəcək. Taliban isə İsaczai -nin artıq Əfqanıstanı təmsil edə bilməyəcəyi qənaətindədir. Çünki, bəzi ölkələr, Talibanın Kabilə girməsindən sonra ölkədən qaçan Əşrəf Qanini artıq Prezident kimi tanımır.

Ötən gün Baş Assambleyada çıxış edən Qətər əmiri Şeyx Tamim bin Hama əl-Tani digər ölkələri də Talibanla əlaqə qurmağa çağırıb:

“Talibanı boykot etmək yalnız qütbləşməyə və əks reaksiyaya səbəb olur, halbuki onunla danışıqlar aparmaq öz bəhrəsini verir.”  Qətər, Taliban ilə ABŞ arasında 2020 -ci ildə uzlaşma ilə nəticələnən danışıqların mərkəzi idi  Taliban nəzarəti ələ aldıqdan sonra,  sığınacaq axtaranların üz tutduğu üçüncü ölkə olaraq ölkəni tərk etmək istəyənlərin təxliyəsində Qətər mühüm rol oynadı.

//Gülnarə Abasova, Editor.az